Şamaxıda insanlar evə qayıtmağa qorxur - Xəsarət alanlar var FOTOLAR + YENİLƏNİB


Şamaxıda zəlzələ dağıntılara səbəb olub. Yeniavaz.com-a daxil olan məlumata görə, Şamaxıda qısa fasilə ilə iki təkan hiss olunub. Şahidlərin sözlərinə görə, əvvəlcə yüngül daha sonra isə şiddətli təkan baş verib. İkinci təkandan sonra insanlar küçələrə çıxıb, evlərə qayıtmağa çəkinirlər. 

Şəhərdə və kəndlərdə işıqlar sönüb. Hazırda “Azərişıq” ASC artıq elektrik enerjisinin verilişinin bərpa olunduğunu açıqlayıb. İlkin məlumata görə, evlərin pəncərələri, şüşələri sınıb, divarlarda çatlar əmələ gəlib, bir neçə evin hasarı uçub. 3 nəfərin xəsarət  aldığı və xəstəxanaya yerləşdirildiyi deyilir.

Xatırladaq ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.





DİGƏR XƏBƏRLƏR

Top