Mourinyo bir il azadlıqdan məhrum edildi


Tanınmış portuqaliyalı mütəxəssis, “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo İspaniya məhkəməsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, J. Mourinyo 2011-2012-ci illərdə “Real” Madridə rəhbərlik edərkən imic hüquqlarından əldə etdiyi gəlirləri gizlətməkdə ittiham edilirdi. Portuqaliyalı mütəxəssis ötən ilin payızında qanunu pozduğunu etiraf etmişdi. İndi isə o, 1 il həbs və 2 milyon avro həcmində cərimə cəzası ilə razılaşıb. Təbii ki, J. Mourinyo həbsə düşməyəcək. Birincisi, İspaniyada qeyri-zorakı cinayətə görə həbs müddəti 2 ili ötmürsə, türməyə salmırlar. İkincisi, ispan qanunvericiliyi ilk iqtisadi cinayəti törətməyə görə real cəzanı nəzərdə tutmur.

DİGƏR XƏBƏRLƏR

Top