Ərdoğan terrorçulara vaxt verdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mənbici tərk etmək üçün YPG terrorçularına bir neçə həftə vaxt verib. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki,  R.T. Ərdoğan parlamentdə çıxış edərkən müvafiq bəyanat verib. O bildirib: “Əgər terrorçular Mənbici bir neçə həftə sonra tərk etməsələr, səbrimiz sona çatar. ABŞ Suriya ilə bağlı Türkiyəyə verdiyi verdiyi tutmalıdır, əks təqdirdə Ankara milli təhlükəsizlik təhdidinin aradan qaldırılması üzrə özü addımlar atacaq”. R.T. Ərdoğanın sözlərinə görə, əgər Fərat çayının şərqindəki ərazilərə nəzarət yerli əhaliyə verilməsə, yenə Türkiyənin səbri sona çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top