Marneulidə bir nəfər “donuz qripi”ndən ölüb


Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) (“donuz qripi”) virusundan ölüb.

“Donuz qripi” ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

Qeyd edək ki, Marneulidə “donuz qripi”nə yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı “Tamiflu” preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. (report)

DİGƏR XƏBƏRLƏR

Top