Maduro prezident seçkiləri keçirilməsi çağırışına cavab verdi


Yaxın vaxtlarda Venesuelada prezident seçkiləri olmayacaq. Yeniavaz.com RT-yə istinadla xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro bəzi ölkələrin Venesuelada erkən prezident seçkilərini keçirmək çağırışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə seçki qıtlığı yoxdur: “Yeganə gözlənilən seçkilər parlament seçkiləridir və həmin seçkilər 2020-ci ildə keçirilməlidir. Problem növbəti seçkilərdə deyil, müxalifətdədir. Biz son 20 ildə 25 seçki keçirmişik. Son 18 ayda 6 seçki keçirdik. 2018-ci ildəki seçkilər müxalifətin xahişi ilə irəli sürülmüşdü”.

DİGƏR XƏBƏRLƏR

Top