Xərçəng epidemiyasının səbəbi açıqlandı


ABŞ alimləri ölkədə gənc insanlar arasında xərçəng xəstəliyinin birdən-birə kəskin şəkildə artmasının səbəbini açıqlayıblar. Onların fikrincə, epidemioloji situasiyanın yaranmasının əsas mənbəyi piylənmədir.

Araşdırmaçılar 1995-2015-ci illər arasında artıq çəkiyə malik 50 yaş altındakı kişi və qadınlarda bədxassəli şişlərin daha çox aşkar edildiyini bildiriblər. Özü də 45-49 yaşlı şəxslərdə qaraciyər xərçənginin artması halları yuxarıda göstərilən dövrdə hər il 1 faiz yüksəlib. 30-34 və 25-29 yaşlar arasında gənclər içində isə bu rəqəm ümumiyyətlə 2, hətta 4 dəfə artıb.

Millenial nəsli adlanan, yəni ötən əsrin 80-ci illərin sonu və 90-ların əvvələrində dünyaya gələn şəxslərdə piylənmə ilə bağlı olaraq xərçəngin sürətlə yayılması müşahidə olunub. Bu insanlarda böyrək xərçəngi xəstələrinin sayı 6,23 faiz, öd kisəsi xərçəngi 3,71 faiz, qişa xərçəngi 3,35 faiz, bağırsaq xərçəngi isə 2,41 faiz artıb.

Alimlərin sözlərinə görə, piylənmə bədxassəli şişlərin peyda olması üçün ən əlverişli səbəb sayılır. ABŞ-da aşkar edilən hər 12 xərçəng xəstəsindən 1-i məhz artıq çəkidə olan şəxslərdir. Özü də ABŞ əhalisinin 20-49 yaşlar arasındakı vətəndaşları olduqca az meyvə, tərəvəz yeyir, daha çox fastfud, şirin içkilər və duzla qidalanırlar.(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top