İsrail Müdafiə Nazirliyi Azərbaycana "kamikadze dron"ların satışına yenidən icazə verib


İsrail Müdafiə Nazirliyi "Aeronautics Ltd." şirkətinin ləğv etdiyi ixrac lisenziyasını bərpa edib. Yeniavaz.com "timesofisrael.com" saytına istinadən bildirir ki, bir qədər əvvəl İsrail Müdafiə Nazirliyi hərbi təyinatlı dronların istehsalı və xarici ölkələrə satışı ilə məşğul olan "Aeronautics Ltd." şirkətinin rəhbərliyində təmsil olunan 3 şəxsə verilən ixrac lisenziyasını dayandırmışdı. Lisenziyanın ləğvinə səbəb kimi, bu şəxlərin Azərbaycana satdıqları "kamikadze dron"lardan hücum məqsədilə istifadə olunması göstərilirdi.
Qeyd edək ki, İsrail mətbuatının yazdığına görə müdafiə məqsədilə istifadə olunacağı bildirilən "kamikadze dron"lardan Azərbaycan ordusu Ermənistan ordusuna hücum təşkil edib.
Bu istiqamətdə araşdırmaların 2017-ci ilin sentyabr ayından başladığı qeyd olunur. Ötən ilin avqust ayında eyni səbəbdən "Orbiter 1K" dronlarının ixracı ilə bağlı lisenziyanın ləğv olunduğu qeyd olunub. İddia olunur ki, Azərbaycan tərəfi dron aldığı zaman onların sınağını israilli mütəxəssislərin iştirakı ilə Ermənistan ordusu üzərində reallaşdırıb.  


 

DİGƏR XƏBƏRLƏR

Top