"Azərbaycan "Formula 1"dən 280 milyon dollar qazanıb" - Arif Rəhimov


""Formula 1"in meneceri ilə dərindən məsələni araşdırmalıyıq ki, görək yerli miqyasda bu yarışı necə meydana gətirək". 

Bu sözləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov "Formula 1" şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib: "Bir çox halda deyirlər ki, yerli miqyasda Formula əl çatan deyil. Yəni deyirlər ki, brendinizi bu yarışa çıxara bilməyəcəksiniz. Əslində isə bu, belə deyil. Gördüyümuz işin əsası odur ki, "Formula 1"-i 8 yerli brendler üçün əlçatan edək. Formula ilə bağlı qlobal nəticələr odur ki, Bakı Şəhər Halqasında sponsor kimi 500 milyondan çox azarkeşə çıxış əldə edirsiniz. Yerli sponsor olaraq isə 94 min azarkeşlə ünsiyyət qura bilərsiniz. 120 yayım tərəfdaşı bu yarışı yayımlayır. Tərəfdaşlıqla bağlı imkanlara gəlincə isə ola bilər ki, şirkətinizin beynəlxalq miqyasda işgüzarlığı artıb. O zaman bu yarışdan istifadə etmək olar. Yerli auditoriyaya çıxış əldə etmək üçün də imkanlar var. Bizdə tərəfdaşlıq beynəlxalq və yerli təkliflər zərfində ibarətdir. Baş sponsordan danışırıqsa, burada brendinizi yaya bilərsiniz, yol boyu adınız görünəcək. Özünüzü bu reklam vasitəsilə tanıda bilərsiniz. Azərbaycan Qran-prisi harada tədbir keçirirsə baş sponsor olaraq orada təmsil olunacaqsınız".

 

Daha sonra Arif Rəhimov digər tərəfdaşlıq şərtlərini də açıqlayıb. Bildirib ki, əyləncə tədbirlərində iştirak etmək olar: "Müştərinizi bu yarışlara dəvət edə bilirsinizsə, deməli onu gələcəkdə əldə saxlamaq da asan olacaq. Canlı əyləncə deyiriksə “Kristal Holl”da bir neçə tədbirlər olur. Ötən il təxminən 30 min insan təkcə orada etdi. Düşünürəm ki, bu il keçiriləcək olan yarışlarda həftə sonu təxminən 79 min insan əyləncəli tədbirlərdə istirahət edə biləcəklər.

O zaman bu tədbirlərdə heç bir sponsor iştirak etmirdi. Bu il isə fərqlilik edəcəyik və şirkətlər yerli bazarda tanınmaq istəyirlərsə, bu kimi tədbirlərdə sponsor kimi iştirak edə bilərlər. "Formula 1"in vasitəsilə yerli brendlərin tanıdılmasında böyük imkanlar var. Bununla yanaşı Bakı Şəhər Halqasında kimisə tanıyırsınızsa bizə müraciət edə bilərsiniz. Təklifinizə nəzər salaraq, müzakirə edə bilərik. Konsertdən sonrakı tədbirlər vasitəsilə çalışacağıq ki, formatı bir qədər dəyişək. Əsas məsələ VİP və digər sahələrdən sponsorların yararlanmasıdır. Sponsor müştərisinin hansı zonada olduğunu bilirsə, fikrini həmin ərazidə cəmləşdirə bilər. Məsələn sizdə bahalı mal satılırsa, o zaman VIP-də təmsil oluna bilərsiniz”. 

A. Rəhimov onu da qeyd edib ki, Azərbaycan "Formula 1"dən 2016-2017 illərdə 280 milyon dollar qazanıb.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top