Lavrov: Yaponiya II Dünya müharibəsinin nəticələrini tanımalıdır


Rusiya və Yaponiya arasında sülh müqaviləsi üzrə danışıqların sürətlənməsi prosesində ilk addımı Tokio atmalıdır, Yaponiya II Dünya müharibəsinin nəticələrini və Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyini tanımalıdır. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya və Yaponiya liderləri sülh müqaviləsi üzrə danışıqları sürətləndirməyi tapşırıblar: “Biz məsələnin belə qoyuluşuna çoxdan hazırıq. Təəssüf ki, atılmalı olan ilk addım tərəfimizdən deyil, Tokiodan olmalıdır. Və bu ilk addım Rusiyanin hər şey, o cümlədən bu adalar üzərində suverenliyini daxil olmaqla, II Dünya müharibəsinin nəticələrini tam və qeyd-şərtsiz tanınması olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top