Hacıqabulda nadir quşları ovlayan ərəb cərimələndi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top