Bakıda ağır qəza - Hadisə yerinə xilasedicilər cəlb olundu


Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Yol qəzası axşam saatlarında Maştağa qəsəbəsində qeydə alınıb.

“Mercedes” markalı, 90 SL 742 nömrə nişanlı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Sürücü isə maşında sıxılıb. Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücü maşından çıxarılıb.

Hadisənin görüntülərini təqdim edirik.

Faktla bağlı araşdırma aparılır.(baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top