Tramp daxili işlər naziri vəzifəsinə namizədini açıqlayıb


ABŞ prezidenti Donald Tramp daxili işlər naziri vəzifəsinə namizədinin adını açıqlayıb.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu posta hazırda daxili işlər naziri səlahiyyətlərini icra edən Devid Bernhardtın namizədliyini irəli sürüb. Bu barədə Tramp Tvitter səhifəsində yazıb:

“Daxili işlər naziri səlahiyyətlərini icra edən Devid Bernhardt daxili işlər naziri vəzifəsinə namizədliyinin irəli sürüldüyü xəbərini verməkdən şadam. O gəldiyi gündən fantastik işlər gördü”. 

DİGƏR XƏBƏRLƏR

Top