Zöhrab Mnatsakanyan Qarabağa görə parlamentə dəvət olunub


Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılması üçün parlamentə dəvət olunub.

Bu barədə “İşıqlı Ermənistan” fraksiyasının başçısı Edmon Marukyan özünün “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, Zöhrab Mnatsakanyan fraksiya üzvləri ilə görüşə dəvət edilib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top