Türkiyədə 75 PKK terrorçusu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.  2019-cu ilin yanvar ayında antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında bildirilir ki, bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top