"Bandotdel"in əməliyyat keçirdiyi "Lady Sharm" mağazaları fəaliyyət göstərir - VİDEO


Xəbər verdiyimiz kimi bu gün Daxili İşlər Nazirliyi “Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxslərinin cinayət işinə cəlb olunması ilə bağlı məlumat yayıb. Belə ki, mağazalar şəbəkələrində keçirilən əməliyyat zamanı müəyyən edilib ki, Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə müştərilərə satılıb. 

"Qafqazinfo"nun əməkdaşları bu gün adıçəkilən mağazanın bir neçə filialına baş çəkiblər. Məlum olub ki, mağazalar fəaliyyətlərini hələ də davam etdirirlər. “Lady Sharm”ın əməkdaşları isə DİN-in rəsmi məlumatını təkzib etməkdən çəkinməyiblər və yayılan xəbəri "şayiə" adlandırıblar. Maraqlıdır, görəsən, rəhbər şəxsləri həbs edilən, bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındıran mağaza daha nə zamanadək müştəriləri aldatmağa davam edəcək?

Daxili İşlər Nazirliyinin “Lady Sharm” mağazalar şəbəkəsində keçirdiyi əməliyyatın videogörüntüsü:

 

DİGƏR XƏBƏRLƏR

Top