Maduro ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı imza toplamağa başlayacaq


Venesuela Prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ-ın ölkəyə hərbi müdaxiləsinə qarşı çərşənbə günü imza toplanmağa başlanılacaq. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela Prezidenti Araqua ştatında keçirilən hərbi paradda deyib. O bildirib: “Mən Venesuela xalqını ABŞ hökuməti tərəfindən hərbi güc tətbiqi təhdidinə qarş birgı çıxış etməyə çağırıram. Gələn çərşənbə günündən  ölkənin bütün ərazisində imza toplanmağa başlanacaq. İmzalar bu təhdidləri geri çevirmək üçün Ağ evə veriləcək. Mən Venesuela xalqını bu sənədi imzalamağa çağırıram”.
 

DİGƏR XƏBƏRLƏR

Top