Uşaq bağçalarında "donuz qripi" qeydə alınıb? - Açıqlama


Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna ("donuz qripi") yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib. Məlumata görə, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür. Qeyd edək ki, "donuz qripi" qonşu Gürcüstanda geniş yayılıb. Bu virusdan ölənlər var. Ölkəmizdə isə, bununla bağlı ciddi fakt qeydə alınmayıb. (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top