Banklarda əmanət faizləri aşağı salınıb


Əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artmağa başlayıb. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir il ərzində 10,8% və ya 814,2 milyon manat artaraq ötən ilin sonunda 8 milyard 375,4 milyon manata yüksəlib.
Artım həm milli, həm də xarici valyutada qeydə alınıb. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 609,3 milyon manat artaraq 3 milyard 142,2 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə son bir il ərzində 204,9 milyon manat artaraq 5 milyard 233,2 milyon manata yüksəlib. Rəqəmlərdən də göründüyü kimi əmanətlərin 62,5%-i xarici valyutada yerləşdirilib.
Məlumat üçün bildirək ki, son bir ildə əmanətlər üzrə orta faiz dərəcəsi 4,3%-dən 3,7%-ə düşüb. Milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 7,8%-dən 6,7%-ə düşüb. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 2,6%-dən 1,8%-ə düşüb.
Xatırladaq ki, 2015-ci ildə baş verən milli valyutanın devalvasiyasından sonra əhali banklara yerləşdirdiyi manat əmanətlərini xarici valyuta ilə yerləşdirməyə başadı. Lakin, ötən il manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri artmağa başladığı zaman əhalini yenidən manatla əmanət yerləşdirməyə başlayıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top