AzTV-də yenilik


Azərbaycan Dövlət Televiziyasında film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib. Artıq filmlərin siyahısı da dəqiqləşib.
Bu qəbildən yazıçı Elçinin, dahi mütəfəkkir İmaddədin Nəsiminin, Rəsul Rzanın əsərləri, Cəfər Cabbarlının keşməkeşli həyatı, Anarın ssenarisi əsasında “Azad bir quş idim”, həmçinin Şah İsmayıl, Sultan Səlim Yavuz, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan “Fatehlərin divanı”kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top