Fransa Quaidonu Venesuela Prezident kimi tanıdı


Fransanın xarici işlər naziri Jan-İv Le Drian özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaidonun legitimliyini tanıyıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, Venesuelada prezident idarəetmə modeli oludğundan prezident seçkilərinin köməkliyi ilə böhrandan çıxmaq lazımdır. O bildirib: “Güman edirik ki, Xuan Quaido bu seçkiləri təşkil etmək üçün legitimliyə malikdir”.
Xatırladaq ki, yanvarın 26-da Almaniya, Fransa, İspaniya, ardından Böyük Britaniya və Niderland Venesuelada səkkiz gün ərzində yeni seçkilər keçirilməyəci təqdirdə, X. Quaidonu müvəqqəti prezident kimi tanıyacaqlarını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top