
Mingəçevir Dram Teatr meydanının yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Meydanının yaxınlığında yolu keçmək istəyən 1968-ci il təvəllüdlü şəhər sakini Pənahov Ramiz Məmməd oğlunu “VAZ-2107”markalı avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Xəstəxanadan bildirilib ki, piyadanın vəziyyətində hec bir təhlükə yoxdur. Hal-hazırda onun vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz