Balaca ada dövlət olan Kabo-Verdedə hakimiyyət orqanlarının göstərişi ilə Rusiyaya məxsus gəmidə axtarış aparılıb. Yerli polis 9.5 tondan çox kokain aşkar edilərək müasdirə olunub. Hadisə ilə bağlı 11 rusiyalı dənizçi həbs olunub. Kabo-Verde televiziyası müsadirə olunmuş kərpic formalı kokain bağlamalarını nümayiş etdirib. Bağlama plastik materialla örtülü olub. Ada-dövlətin məmurları deyib ki, gəmi Cənubi Amerikadan gəlib və Mərakeşə gedəcəkmiş. Ancaq Rusiya gəmisi dənizçilərdən birinin ölməsi səbəbindən ada-dövlətin sahilərinə yan alıb. Kabo-Verde polisinə Portuqlaiya və Fransa polisi də yardım göstərib.(musavat.com)