Goranboyda canavarlar kəndə hücum edib - Təsərrüfata ziyan vurub



Goranboyda canvarlar kəndə hücum edib, 7 baş heyvanı parçalayıb.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Boluslu kəndində, Sarı Əliyevin təsərrüfatında baş verib. Kənd sakini xırdabuynuzlu heyvanları həyətyanı sahəyə salıb evə girən zaman, canavarlar 40-a yaxın qoyuna hücum edib. 93 yaşlı kişi səs-küyə həyətə çıxdıqda isə vəhşi heyvanların, 7 baş xırdabuynuzlunu parçaldığını görüb.
Boluslu kənd sakinin sözlərinə görə, acgöz canlılar kəndin ətrafında tez-tez gözə dəyir. Fürsət tapan kimi isə həyətlərə soxulub heyvanlara ziyan vurur. Esmira Hidayətova,Goranboy.

DİGƏR XƏBƏRLƏR

Top