"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib


"Qəbələ" futbol komandasının baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib. Bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb. Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək. Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq. (Report)

DİGƏR XƏBƏRLƏR

Top