Qobustanda yollar buz bağladı, avtomobildə 4 nəfər köməksiz qaldı


Qarlı və şaxtalı hava şəraitində yolların buz  bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb. Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıb. Əməliyyat uğurla başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top