Hakkaridə qarın qalınlığı beş metri keçib

Türkiyənin Hakkari şəhərinin Yüksekova bölgəsində günlərdir aramsız yağan qar və yağışdan sonra bölgənin yüksək yerlərində qarın qalınlığı 5 metri keçib.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü kəndlərə gedən yolları açmaq üçün çalışan qartəmizləyən maşınların işində çətinliklər yaradıb.

Bəzi ərazilərdə qar uçqunu ehtimalına qarşı tədbirlər görülüb.

DİGƏR XƏBƏRLƏR

Top