Xırdalanda ev və avtomobillərdən oğurluq edən şəxs tutulub - FOTO


Abşeron
da ev və avtomobillərdən oğurluq edən şəxs tutulub.

Yeniavaz.com "Report"un istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Abşeron rayon Polis İdarəsinə Xırdalan şəhəri "Quşçuluq" yaşayış massivində evdən və avtomobillərdən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib və hadisəni törədən Razi Kərimov isti izlərlə saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. R.Kərimov bildirib ki, əvvəlcə yaşadığı əraziyə yaxın yerdə yenicə tikilmiş evdən külli miqdarda elektrik kabellərini oğurlayıb. Bundan sonra elə yaşayış massivindəki iki avtomobilin akkumulyatorunu da oğurlayıb.

Saxlanılan şəxs cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu və əməlindən peşmanlıq çəkdiyini bildirib. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top