Quaido venesuelalıları etiraz aksiyalarına çıxmağa çağırdı

 
Venesuela müxalifəti yeni etiraz aksiyalarının keçirilməsini elan etmək niyyətindədir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu özünü Venesuelanın keçid Prezidenti elan etmiş ölkənin Milli Assambleyasının sədri Xuan Quaido mitinqdə çıxış edərkən deyib. O bildirib: “Biz yaxın günlərdə bütün Venesuela xalqından dəstək istəyəcəyik ki, o, humanitar yardım axtarışında bizi müşayiət etsin. Gəlin yenidən and içək. Gəlin sağ əlimizi qaldıraq: biz Venesualaya sədaqətli venesuelalılar qəsb edilmənin dayandırılmasına, keçid hökumətinin yaradılmasına və azad seçkilərin keçirilməsinə nail olmayanadək küçələrdə qalmağa and içirik”. X. Quaido çıxışı zamanı, həmçinin müxalifətin növbəti etiraz aksiyasının fevralın 12-də keçiriləcəyini bəyan edib. Qeyd edək ki, fevralın 2-də Venesuela Prezidenti Nikolas Maduronun tərəfdarları və müxalifət bütün ölkə üzrə mitinq və yürüyüş keçirirlər. 

DİGƏR XƏBƏRLƏR

Top