Prezidentin şəhid ailələri ilə bağlı imzaladığı fərman bu kateqoriyadan olan şəhid ailələri dövlətin bu addımını alqışlayırlar. Belə ailələrdən Mingəçevirdə də var. Onlar Prezidentin bu addımını alqışlayır, bildirirlər ki, bu addım onların sosial müdafiəsinin yaxşılaşmasına təsir edəcək və bu da ictimayyət tərəfindən böyük rəğbət və məmunluqla qarşılanıb.
Yeniavaz.com olaraq bu günlərdə onlardan biri, Əliyevlər ailəsi ilə görüşdük. Bu ailənin övladı şəhid Abdulla Əli oğlu Əliyev 1994 cü ilin aprel ayın 13 də Ağdamda gedən döyüşlərdə şəhid olub. Şəhidin bacıları İlhamə, Qızyetər, qardaşı İlham ürək ağrısı ilə o illəri belə xatırladılar: ”Ailədə 4 övlad idik. Ağdamda gedən döyüşlərdə itgin düşən qardaşımızın cənazəsini görə bilmədik. Bu itgiyə valideyinlərimiz dözmədi. Gözləri hər an yolda idi. Qapı döyüləndə elə bilirdik ki, gələn qardaşımızdır. 25 ildir gözümüz yoldadır. Mart ayının 8 də 44 yaşı olacaq. 25 ildir biz onun ad gününü onsuz qeyd edirik. İtgi çox ağır bir dərddir. Valideyinlərimiz elə hey deyirdi heç olmasa oğlumuzu dəfn edə bilsəydik ölsək də dərdimiz olmazdı. Amma onlar bu dərdə dözmədi. Bu dünyadan erkən köçdülər. Biz şəhidlər xiyabanında Abdullanın rəmzi qəbrini tez-tez gedib ziyarət edirik. Bir bacı, qardaş kimi biz də onun toyunu görmək istəyirdik. Amma o bu adı seçdi. Şəhidlik böyük zirvədir. Fəxr edirik qardaşımızla. 18 yaşında çağırışçı kimi əsgərliyə yollanıb. 19 yaşında şəhid oldu. Mingəçevirdəki 14 saylı məktəbin məzunu olub. Qardaşımız dərs əlaçısı idi. Dəfələrlə fənn olimpiadalarının qalibi olmuşdu. Əsgərliyə gedəndən sonra atam novruz bayramında gedib Abdullanı evə gətirmişdi. İnandırım sizi evdə elə bil darıxırdı, elə hey deyirdi ki, mən getməliyəm. İndi hər il novruz bayramı gələndə elə bilirik ki, qardaşımız gələcək. İtgi çox pis bir şeydi. Hər an səksəkədə olursan ki, bu dəqiqə hardansa çıxıb gələcək.
Biz də digər şəhid ailələri kimi eşitdik ki, şəhidlərə birdəfəlik vərəsəlik verilir. Onu da deyim ki, bu barədə heç bir yerə müraciət etməmişdik. Vərəsələr siyahısında bizim də adımız var idi. Valideyinlərimiz olmadığına görə bu vərəsəlik biz 2 bacı və bir də böyük qardaşımızın arasında bölündü. Bizə deyirdilər ki, ata-ana yoxdursa şəhid də subaydır. Ona görə biz heç maraqlanmadıq. Amma sonra məlum oldu ki, siyahıda birinci bizim adımız var idi. Heç pula görə demirik ən azından rahat olduq ki, qardaşımızın adı çəkildi. O vaxtı valideyinlərimiz də çox narahat idi ki, heç bir dəfə olsun oğlumun adı çəkilimir”.
Şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmasının təzahürü kimi, onlara birdəfəlik ödəmənin verilməsinə görə Əliyevlər ailəsi Prezident cənab İlham Əliyevə minnətdarlıq bildirdilər. Qeyd edək ki, ailə həmin yardımla ehsan süfrəsi də verib. Esmira Hidayətova,Mingəçevir