Şəmkirdə oğurluq edən gənc tutuldu


Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Şəmkir şəhəri Etibar Allahverdiyev küçəsi 24 ünvanında fəaliyyət göstərən avtomobilin ehtiyat hissələri satılan mağazada oğurluq baş verib. 

Çağırılmamış qonaq mağazanın pəncərəsini sındırmaq yolu ilə içəri daxil olaraq, əvvəlcə obyektdə quraşdırılan təhlükəsizlik kamerasını zərərsizləşdirib.

Daha sonra mağazanın kassasında olan xeyli miqdarda pulu oğurlayıb. 

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti həmin obyektdə avtomobil təmiri ilə məşğul olan usta, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli törədib. 

Saxlanılan şəxs təhlükəsizlik kamerasının yaddaş kartını yaxınlıqdan keçən su kanalına atdığını, pulun bir qismini isə xərclədiyini deyib. Pulun qalan hissəsi və  kameranın yaddaş qurğusu tapılaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top