110 nəfərin öldüyü, 238 nəfər itkin düşdyü dəhşətli qəzanın görüntüləri - VİDEO


Braziliyada dağ-mədən şirkətinə məxsus bənddə meydana gələn faciəvi hadisənin videolenti aşkarlanıb.
Yeniavaz.com Türkiyənin “Sözcü” qəzetinə istinadla xəbər verir ki, Braziliyanın cənubi-qərbindəki Brumadinyo şəhəri yaxınlığındakı bənddə yanvarın 25-i baş vermiş uçqunda ölənlərin sayı 110-a çatıb.
Braziliyanın Band TV telekanalı hadisənin kadrlarını ələ keçirib. Kadrların hadisənin dəhşətini bir daha süburt edib.
Qeyd edək ki, 238 nəfərin itkin düşdüyü bildirilib, ölənlərin 71-nin adları məlum olub. Hazırda əməliyyat-axtarış işləri davam etdirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top