Gürcüstandan Avropaya 20 avroya YENİ aviareyslər


Macarıstanın “WizzAir” aşağı büdcəli (low cost) aviaşirkəti Kutaisidən (Gürcüstan) Avropanın 6 şəhərinə yeni uçuşlara başlayır. Qiymətlər 19,99 avrodan (38,89 manat) başlayır.

Məlumata görə, yeni şəhərlər Eyndhoven (Niderland), Brüssel (Belçika), Bazel (İsveçrə), Kopenhagen (Danimarka), Tallin (Estoniya) və Bari (İtaliya) şəhərləridir.

Bu il avqustun 1-dən etibarən reallaşacaq uçuşlar üçün bilet satışı artıq başlayıb. Bu uçuşlar üçün yeni “Airbus A320” təyyarəsi ayıran şirkət bunun üçün 101 milyon dollar investisiya yatırıb. Həmçinin “WizzAir” bəyan edib ki, bu uçuşların reallaşması nəticəsində 30-dan artıq yeni iş yeri yaradılacaq.

Ötən il Gürcüstan reysi üzrə 643 min sərnişin daşıyan şirkət bu rəqəmi 2017-ci ilə nisbətən 88% artırıb. Yeni istiqamətlər isə daha 98 minlik sərnişin yerinin artmasına səbəb olacaq ki, bu da illik 1 milyondan çox sərnişinin daşınmasına şərait yaradacaq. (report)

DİGƏR XƏBƏRLƏR

Top