Putindən ABŞ-ın roket həmləsinə cavab: qarşılıq verəcəyik


ABŞ-ın Orta Məsafəli Nüvə Qüvvətlər Müqaviləsindən imtina etməsindən sonra Rusiya Prezidenti Vladimir Putin “ABŞ-ın bu addımı cavabsız qalmayacaq” deyib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Orta Məsafəli Nüvə Qüvvətlər Müqaviləsi ABŞ-la Rusiya arasında 1987-ci ildə bağlanıb. ABŞ-ın imtina etməsi ilə taleyi sual altında olan müqaviləyə növbəti yanaşma Rusiya Prezidenti Vladimir Putindən gəlib.
Putin, ölkəsinin də müqaviləni dayandırdığını bildirib. O, xarici işlər və müdafiə nazirliklərinə ABŞ-la, silahlanmanı dayandırma müzakirələrinə başlamamaları haqqında göstəriş verib.
Putin həmçinin, Müdafiə Nazirliyi ilə Orta Məsafəli Supersonik Roket istehsalına başlanılması mövzusunda da razılıq əldə etdiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top