
1960-cı illəri qana bulayan “ölüm təriqəti”nin lideri Çarlz Mansonun həbsdəki müridlərindən biri ilk dəfə azadlığa çıxacaq. 50 ildən sonra verilən bu qərar narazılıqlara səbəb olub.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, “Canavar” ləqəbli Çarlz Manson XX əsrin ən qəddar cinayətkarı olaraq tarixə keçib. 35 yaşında saxlanılana kimi sayısız amansız cinayətlər törədən Manson “ölüm təriqəti” qurmuşdu.
Təriqətin ən fəal 3 üzvü də qadın idi. Onlar Mansonun verdiyi təlimatları tərəddütsüz yerinə yetirirdilər. “Manson ailəsi” adlandırdığı təriqətin başlıca məqsədi isə irqlərarası çaxnaşma yaratmaq idi.
Həmin 3 üzvdən biri olan Lesli Van Huten 1969-cu ildə həbsə girdikdən sonra 22 dəfə şərti azadlıq tələb edib və bu il məqsədinə nail olub. Ancaq onun azadlığa çıxması ən az 5 ay çəkəcək.
Həbs olunduqdan sonra Van Hutenin Polşalı rejissor Roman Polanskinin 8 aylıq hamilə olan həyat yoldaşı Şaron Teyti və dostlarını öldürdüyü məlum olmuşdu. Ona görə də Teytin yaxınları şərti azadlıq qərarına etiraz ediblər.