ABŞ Venesuelaya humanitar yardım göndərəcək: qida əlavələri, dərmanlar


ABŞ Venesuelaya humanitar yardım göndərməyə hazırlaşır.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Xuan Quaidonun xahişi və onun vəzifəli şəxsləri ilə razılaşma əsasında ABŞ humanitar yardım çatdıracaq: “Venesuela xalqı üçün dərmanlar, cərrahiyyə alətləri və qida əlavələri göndəriləcək. Maduronun getməsinin vaxtı çatıb”.

DİGƏR XƏBƏRLƏR

Top