Azərbaycanda "donuz qripinə" yoluxanlar nə etməlidir? - Tibb elmləri doktoru cavab verir


Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil və bu virus artıq donuz qripi də adlandırılmır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı deyib.

Yeniavaz.com xəbər verir ki, tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu virusun çoxsaylı ştamları var: “Gürcüstanda varsa, bizə də gəlməsi normaldır. Profilaktik tədbir görülməlidir. Bu, A qrip virusunun bir ştamıdır. Ola bilər ki, 2009-cu illə müqayisədə bir az fərqli olsun. 2009-da çoxlu tələfat olmuşdu. İlk növbədə karantin tədbir görülməlidir, əhaliyə təbliğat aparmalıdır. Bu virusa yoluxanların hamısı pnevmaniyadan ölüb. Çünki infeksiyalar fəallaşır, iltihab yaradır. Ona görə qrip olan insanlar yataq rejiminə keçməlidir, həkim nəzarətində olmalıdır, çoxlu maye qəbul etməlidir, qoruyucu maska taxmaq lazımdır".
Bu arada axar.az yazıb ki, bir neçə gün öncə dünyasını dəyişən idmançı, dünya çempionu Xamis Məmmədovun ölüm xəbəri yayılarkən onun qripdən dünyasını dəyişdiyi deyilmişdi. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, idmançı 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya diaqnozu ilə ağır vəziyyətdə gətirilib: “Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən, xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

DİGƏR XƏBƏRLƏR

Top