H1N1 virusu məktəblərdə tədrisə təsir edəcəkmi? - RƏSMİ CAVAB


Xəbər verdiyimiz kimi Azərbaycanda xəstəxanalara müraciət edənlərdən 16 nəfərə H1N1 virusu diaqnozu qoyulub.

Maraqlıdır, virusun yayılması ilə əlaqədar olaraq məktəblərdə tədris dayandırılacaqmı? Təhsil Nazirliyi Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub ki, bu məsələ nazirliyə aid deyil.
Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq dərslərin dayandırılmasına ehtiyac duyulmadığı qeyd olunub: "Epidemioloji vəziyyət nəzarət altındadır, ona görə də dərslərin dayandırılmasına ehtiyac duyulmur".

DİGƏR XƏBƏRLƏR

Top