Azərbaycan və qonşu ölkələrdə əmək haqqı - SİYAHI


Azərbaycan və qonşu ölkələr arasında ən yüksək əmək haqqı Rusiyada verilir.  Yeniavaz.com qonşu dövlətlərin rəsmi statistika qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2018-ci ildə Rusiyada orta aylıq əmək haqqı 842 dollara (55,1 min  rubl) bərabər olub.
Ən aşağı əmək haqqı isə Azərbaycanda qeydə alınıb. Azərbaycanda orta aylıq əmək haqqı 318 dollar (540 manat) olub.
Digər qonşu  ölkələrinə gəldikdə qeyd edək ki, orta aylıq əmək haqqı Gürcüstanda  425 dollara (1125 lari), Ermənistanda 345 dollara (168,8 min dram), Türkiyədə 424 dollara (2200 lirə), İranda isə 454 dollara (19,1 milyon rial) bərabərdir.
Rusiyada -  842 dollar (55,1 min rubl)
İranda -  454 dollar (19,1 milyon rial)
Gürcüstanda  - 425 dollar (1125 lari)
Türkiyədə - 424 dollar (2200 lirə)
Ermənistanda - 345 dollar (168,8 min dram)
Azərbaycanda - 318 dollar (540 manat)
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top