
Türkiyə Daxili İşlər Nazirliyini məlumatına görə ötən il Azərbaycandan Türkiyəyə 867 min 998 nəfər səfər edib.
Yeniavaz.com açıqlanan statistik məlumatlara istinadən bildirir ki, azərbaycanlılar Türkiyəyə səfər edən xarici ölkə vətəndaşlarının sıralamasında 10-cu sırada yer alıblar. Ötən il Türkiyəyə ən çox Rusiya vətəndaşları səfər edib. 2018-ci ildə Türkiyəyə 5 milyon 970 min 742 nəfər Rusiya vətəndaşı ziyarət edib. Ümumilikdə isə ötən il Türkiyəyə 39 milyon 315 min əcnəbi səfər edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsindən açıqlanan məlumatla Türkiyə Daxili İşlər Nazirliyini açıqladığı məlumat arasında kəskin fərq var. Belə ki, Dövlət Statistika Komitəsi ötən il Azərbaycandan Türkiyəyə 603 min 696 nəfərin səfər etdiyini bildirir.
Rəqəmlərdən də göründüyü kimi Azərbaycan və Türkiyə rəsmi qurumların açıqladığı məlumatlar arasında 264 min (44%) nəfərlik fərq var.
Tətbiqimizi yükləyə bilərsiniz