Vaxtında geri qaytarılmayan kreditlərin də həcmi 62 milyon manat artıb


Ötən ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 564,2 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin əvvəli ilə müqayisədə verilən kreditlərin həcmi 6,4% və ya 806,4 milyon manat artıb.
Verilən kreditlərlə bərabər problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin də həcmi artıb. Belə ki, ötən ilin əvvəli ilə müqayisədə problemli kreditlərin həcmi 62 milyon manat və ya 3,8% artaraq 1 milyard 688,7 milyon manata yüksəlib.
Qeyd edək ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 13,8%-dən 13,4%-ə düşüb.
Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 891,3 milyon manatlıq kreditlərin 818,2 milyon manatı, xarici valyutada verilən 4 milyard 672,9 milyon manatlıq kreditlərin isə 870,5 milyon manatı vaxtında geri qaytarılmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top