Türkiyə əhalisinin sayı açıqlandı


2018-ci il dekabrın 31-nə olan məlumata görə, Türkiyə əhalisinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 193 min 357 nəfər artaraq 82 milyon 3 min 882 nəfərə çatıb.
Yeniavaz.com-un məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. Türkiyədə kişilərin sayı 41 milyin 139 min 980 nəfər olduğu halda, qadınların sayı 40 milyon 863 min 902 nəfər olub. Ölkə əhalisinin 50,2 faizini kişilər, 49,8 faizini isə qadınlar təşkil edir. Türkiyə əhalisinin sayı 2017-ci ildə 12,4%, 2018-ci ildə isə 14,7% artıb.

DİGƏR XƏBƏRLƏR

Top