Finlandiyanın paytaxtı Helsinki “əvvəlcə ev” şüarı ilə evsizlik problemini tamamilə aradan qaldırıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, artıq Helsinkidə evsiz və dilənçi görmək mümkün deyil. Son 30 ildə Finlandiya hökuməti evsizlik problemini hər zaman başlıca məqsədlərindən sayıb. 1987-ci ildə 18 min olan evsizlərin sayı 2017-ci ildə 6 min 600-ə kimi düşüb. Paytaxt Helsinkidə isə evsiz və dilənçi artıq yoxdur. 2007-ci ildən etibarən hökumət “əvvəlcə ev” layihəsini başladıb. Layihə çərçivəsində insanlara əvvəlcə evlər verilir daha sonra isə istedadıbna görə işlər öyrədilir.