Azərbaycanda qeyri-neft məhsullarını ən çox neft şirkəti ixrac edir


Ötən il ərzində həyata keçirilən qeyri-neft sektoru üzrə ixracla bağlı rəsmi statistik rəqəmlərin təhlili nəticəsində əsas ixracatçı subyektlərin reytinqi tərtib olunub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, tərtib edilən bu reytinq həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektləri əhatə edir.
2018-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyeklərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunub:
 "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,
"MKT İstehsalat Kommersiya" MMC,
"Baku Steel Company" MMC,
"Kapitan Fruits" MMC,
“Food Export Şəmkir” MMC,
“Azfruittrade” MMC,
“Sun Food” MMC,
"TST Export" MMC,
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,
"Qala meyvə-tərəvəz ixracat idxalat" MMC
 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
 "Det-al Alüminium" MMC,
"Azərenerji" ATSC,
"Azergold" QSC,
"SOCAR Methanol" MMC,
"Azərbaycan Hava Yolları" QSC,
“CTS-Agro” MMC,
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC,
“Geofizika və Geologiya İdarəsi”,
Naxçıvan  MR Dövlət Energetika Xidməti.
 
 

DİGƏR XƏBƏRLƏR

Top