Sınaq uçuşu həyata keçirən zaman qəzaya uğrayan hərbi təyyarədə 2 pilot həyatını itirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Mirage 2000” tipli hərbi təyyarə Hindistanın Karnataka əyalətinin paytaxtı Banqalorda yerləşən HAL hava limanına düşüb. Yerli media orqanları təyyarənin sınaq uçuşu zamanı qəzaya uğradığını bildirib. Pilotlardan birinin yerindəcə, digərinin isə xəstəxanada həyatını itirdiyi deyilib. Müdafiə Nazirliyi hadisə ilə bağlı təhqiqat başladıb.