Mingəçevirdə avtomobil qəzası baş verib


Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu gün Mingəçevir şəhər H.Əliyev prospektində iki avtomobil “Nissan X Trail” və “Opel Zafira” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. İlkin məlumata görə sürücülərdən biri dönmə qaydasına əməl etməyib. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top