Çində pandalara yeni il hədiyyələri verilib


Çində ay təqvimi ilə qeyd olunan yeni il Siçuan əyalətində pandalar üçün biraz erkən başlayıb. Belə ki, artıq onlar yeni il hədiyyələrini alıblar. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Siçuan əyalətindəki  çoxalma və təcrübə mərkəzindəki bala pandalara yeni il hədiyyəsi olaraq müxtəlif oyuncaqlar verilib. Çində ay təqviminə görə qeyd olunan yeni ilə ənənəvi olaraq pandalara hədiyyələr verilir. 
Qeyd edək ki, tamamilə zərərsiz olduğu bilinən bu heyvanlardan vəhşi təbiətdə sadəcə 1864 ədəd mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top