"Babək prospektində yol çökməyib" - Rəsmi açıqlama


Xəbər verdiyimiz kimi, ötən gecə Babək prospektində aparılan təmir işləri zamanı qazılan çuxura avtobil düşüb. Məsələ ilə bağlı Yeniavaz.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bunları deyib: "Xahiş edirəm insanlar arasında çaşqınlıq yaratmayın. Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır. Xahiş edirəm nəzərə alasınız". 

DİGƏR XƏBƏRLƏR

Top