ABŞ-da soyuqdan ölənlərin sayı 12-yə çatdı


ABŞ-ın Orta Qərbində soyuq hava şəraiti və güclü qar nəticəsində ölənlərin sayı 12 nəfər çatıb.

Daha əvvəl 8 nəfərin Ayova, Viskonsin, İllinoys, İndiana və Miçiqan ştatlarında öldüyü bildirilirdi.

Miçiqanın enerji şirkətinin obyektində yanğın baş verməsi nəticəsində təbii qaz təchizatında fasilələr yaranıb və bu səbəbdən "General Motors" avtomobil zavodu ştatda 13 müəssisəsinin işini dayandırıb.

Qeyd edək ki, ötən gün ən aşağı temperatur Minnesota ştatının İnterneyşnl-Folls şəhərində qeydə alınıb - mənfi 42,8 dərəcə.(trend)

DİGƏR XƏBƏRLƏR

Top