Türkiyədən Yaponiyaya etiraz - SƏBƏB


Yaponiyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiyanın tətbiq etdiyi yeni miqrasiya qaydasına görə, bəzi xarici ölkə vətəndaşlarına bu ölkədə işləmək icazəsi verilməyəcək. Cari ilin aprel ayında qüvvəyə minəcək qaydada müəyyən edilən məhdudiyyət Türkiyə vətəndaşlarına da şamildir.

Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy əminliklə ifadə edib ki, Yaponiya tərəfi əmək miqrasiyası ilə bağlı müəyyən etdiyi məhdudiyyət siyahısından tezliklə Türkiyənin adını çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top