Feysbukun nə qədər istifadəçisi var?


"Feysbuk" sosial şəbəkəsində istifadəçilərin məlumat itkisi ilə bağlı bir sıra skandallara baxmayaraq, onun auditoriyası yüksəlməyə davam edir.

Yeniavaz.com “ICTnews”a istinadən xəbə verir ki, 2018-ci ilin dördüncü rübü üzrə hesabata görə, hər gün 1,52 milyarddan çox istifadəçi bu şəbəkədən istifadə edir.

Bu da ötən illə müqayisədə 9% daha çoxdur. Həmçinin ay ərzində 2,32 milyard istifadəçi ən azı bir dəfə sözügedən sosial şəbəkədən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% daha artıqdır.

Təxminən 2,7 milyard nəfər hər ay "Feysbuk", "İnstaqram", "Messencer", "Votsap" kimi sosial şəbəkələrdən istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top